Əşyaların yerləşdirilməsində istifadə olunan divar rəfləri otaqlarda səliqəli görüntü yaradır. Məkanlarınızın xoş və səliqəli görünməsinə kömək edən divar rəfləri müxtəlif rəng və model çeşidləri ilə Supreme mebeldə öz yerini alır. Diavarlarınızı bəzəyəcək rəfləri almaq üçün saytımızı incələyin.
Dəyişən yaşam tərzləri ilə birlikdə insanların istehlak vərdişləri də yenidən formalaşmağa başladır. Beləliklə ehtiyacdan daha çox məhsul alınmağa başlandı. Belə olduğu halda evlərdə istifadə olunan əşyaların sayı da gün getdikcə artmağa və çeşidlənməyə başladı. Günlük həyatda istifadə olunan əşyaların çoxalması isə onların yerləşdirilmə problemini ortaya çıxardır. Otaqlardakı əşya çoxluluğu səliqəsiz və qarmaqarışıq bir görüntü yaranmasına səbəb olur. Qarışıq görüntü məkanın aurasına mənfi təsir etdiyi kimi daha tez yorulmağa, daha əzgin hiss etməyə səbəb olur. Belə halda otaqlarınızda istifadə edəcəyiniz divar rəfləri sizin üçün ən yaxşı seçim olaraq qalacaqdır. Belə hallarda istifadə olunan divar rəfləri evlərin daha səliqəli və xoş görünüşdə olmasına imkan yaradacaq vasitələrdən sayılmaqdadır.
Divara montaj edilən rəflər əşyaları saxlamaq üçün istifadə olunarkən eyni zamanda məkanda genişlik yaratmağa xidmət edir. Günlük həyatda istifadə olunan və əlçatan əşyaların saxlanılması üçün divar rəfləri əvəzsiz köməkçidir.
Divar rəfi seçimi zamanı məkanın ölçüləri və digər əşyalarla arasındakı uyğunluq göz önünə alınır. Digər mebellərlə ahəng təşkil edən modellər evinizin daha xoş auraya sahib olmasına imkan verəcək. beləliklə həm funksionallıq əldə etmiş olacaq, həm də daha dekorativ və cəlbedici məkanlara sahib olacaqsınız. Otağınızdakı digər mebellərlə uyğunluq içində olan rəflər evinizdə bütünlük təşkil edərək bir çox məqsədlə istifadəyə imkan yaradacaqdır.

22 nəticədən 1–12 göstərilir